Futbolçu toyuğu stadiondan qovarkən özü qovuldu - VİDEO

Xorvatiyanın Sisak-Moslavina əyalətində keçirilən “Yelenqrad” – “Yasenovats” oyununda maraqlı hadisə yaşanıb.

Metbuat.az xəbər verir ki, görüş “Yelenqrad” komandasının 8:1 hesablı qələbəsi ilə başa çatsa da, bu matçda vurulan qollar kölgədə qalıb.

Belə ki, oyunun gedişatında meydançaya qonşu həyətdən toyuqlar daxil olub. “Yelenqrad”ın 23 yaşlı futbolçusu İvan Qazdek isə onları meydançadan qovmağa çalışıb. O, bunu edərkən toyuqlardan birini ayağı ilə öldürüb. Görüşün baş hakimi isə buna görə futbolçuya qırmızı vərəqə göstərib.

Futbolçu isə açıqlamasında bunu qəsdən etmədiyini bildirib:

“İnanın mənə, bunu qəsdən etmədim... Həmin vaxt hesab 2:1 olduğundan, əsəbi gərginlik vardı. Hətta soyunub-geyinmə otağında kiçik davamız da olmuşdu.

Toyuqlar tez-tez meydançaya çıxır, ona görə də oyunu saxlamaq lazım gəlir. Yer onların ifrazatları ilə dolu olur. Bu ki gigiyenik deyil. Mən toyuqlara tərəf onları qovmaq üçün qaçdım. Ayağımla vurub birini öldürdüm. Referi isə mənə tərəf gəlib qeyri-idman hərəkətinə görə birbaşa qırmızı vərəqə göstərdi”.

O bildirib ki, toyuğun qadın sahibi ondan şikayət etməyib:

“O, toyuqları oradan yığışdırdı və heç kimə heç nə demədi. Ancaq mənim üçün bu, çox üzücüdür. Ona görə də mən ona məktub göndərib, üzrxahlığımı bildirdim və sahibinə yeni toyuq aldım.

Ümid edirəm ki, camaat məni mühakimə etməyəcək. Çünki heyvanlardan xoşum gəlir. Mənim itim, iki pişiyim var. Bir tutuquşum isə yaxınlarda ölərək məni məyus edib”.

Xorvatiyada aşağı liqalarda toyuqların meydana girməsi böyük problem sayılır. Qazdek isə zarafatından qalmayıb:

“Projektorlar onları salamlayır. Ancaq toyuqlar gecələr meydana çıxmır”.

Futbolçulardan biri isə deyib ki, oyundan sonra heç kim bu hadisə haqda danışmayıb.

Futbolçular qulaş yeyərək (Mərkəzi Avropada məşhur olan macar xörəyi – S.M.) qələbəni qeyd edib. Daha bir maraqlı məqam o olub ki, matçdan əvvəl oyunçulardan biri stadiona gəlmiş maşınlardan birinin ön şüşəsini sındırıb.

(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR