Aleksandr Novak: "2020-ci il üçün neft bazarı ilə bağlı heç bir mənfi proqnoz yoxdur"

Aleksandr Novak: "2020-ci il üçün neft bazarı ilə bağlı heç bir mənfi proqnoz yoxdur"
17:47 6 Noyabr 2019
48 Digər
Ölkə mətbuatı
A- A+

"Neft bazarı balanslaşdırılıb və 2020-ci il üçün neft bazarı ilə bağlı heç bir mənfi proqnoz yoxdur".
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.
Onun sözlərinə görə, dünya neft bazarı bir çox, o cümlədən fundamental amillərdən - tələb və təklif tarazlığından, dünya iqtisadiyyatının inkişafı ilə əlaqəli vəziyyətdən, böyük iqtisadiyyatlar arasındakı ticarət münasibətlərindən, bəzən bazarda yaranan fors-major vəziyyətlərdən asılıdır.
"Bu ilin dördüncü və gələn ilin birinci rübündə - OPEC və qeyri-OPEC ölkələri arasındakı razılaşmanın müddətinin sonuna qədər bazardakı vəziyyəti izləməyə davam edəcəyik", - Novak bildirib.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/novak-2020-ci-il-ucun-neft-bazari-ile-bagli-hec-bir-menfi-proqnoz-y

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR