Aktyorlarla rejisor arasında "Ər və arvad" qalmaqalı

Aktyorlarla rejisor arasında "Ər və arvad" qalmaqalı
18:27 6 Noyabr 2019
138 Şou
Ölkə mətbuatı
A- A+

ATV-də Aqil M.Quliyevin rejisorluğu ilə yayımlanan "Ər və arvad" serialı ətrafında qalmaqal böyüyüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor Elcan Rəsulovdan sonra Kəmalə Piriyeva da ekran işini tərk edib. Elcan "ATV maqazin onlarla" verilişinə açıqlamasında bildirib ki, serial maraqsız olduğu üçün layihədən uzaqlaşıb:

"Hardansa getmişəmsə, bilin oradakılar işləmir. Özlərini hər şey etmiş hesab edirlər və yorulublar. İstəmərəm bizim üzümüzdən tamaşaçı yorulsun, baxdığı nəyisə yenidən izləsin. Kəmalə də əcəb edib gedib. Estetik baxımdan yaxşı deyil. Ər və arvad təqdim edilib, digərləri gələndə yaxşı alınmır".

Aqil M.Quliyev isə "Ər-arvad" dəyişir, noyabrda yeni formatda qayıdır. Daha maraqlıdır. İki nəfər yox, daha çox adam olacaq" sözləri Rəsulovu özündən çıxarıb.

"İstəyirsiz adını "Meqa ər-arvad" qoyun, amma alınmayacaq. Kəmalə ilə Elcana baxacaqlar, amma onlara yox. Lap səkkiz nəfər yığın ora, olmayacaq" deyə, aktyor bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/800241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR