Azərbaycanlı və türkiyəli hüquqşünaslar Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qətnaməsinə etiraz olaraq petisiya imzalayıb

Azərbaycanlı və türkiyəli hüquqşünaslar Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qətnaməsinə etiraz olaraq petisiya imzalayıb
18:55 6 Noyabr 2019
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanlı və türkiyəli hüquqşünaslar ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi qondarma “erməni soyqırımı” haqqında qətnaməyə etiraz olaraq petisiya imzalayıb.

Trend-in məlumatına görə, petisiya “change.org” saytında yerləşdirilib.

Petisiyada qeyd olunur ki, “soyqırım”ın tanınması aktı mənasız və əsassızdır:

“Bundan başqa, biz hesab edirik ki, amerikalı deputatların qərarı Türkiyənin Suriyadakı hərbi əməliyyatlarından narazılıq nəticəsində meydana çıxıb”.

Petisiya müəllifləri Dövlət Departamenti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən ABŞ-a getmək üçün marionet rejimin agentlərinə viza verilməsindən dərin narahatlıqlarını bildirib:

“Bu cür addımlar Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinə zərər vurur. Bu səfərlərə icazə verilməsi ABŞ-ın Minsk qrupu həmsədri qismində öhdəliklərinə, eləcə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə ziddir. ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger bir sıra konqresmenlərin işğalçı rejimin "təmsilçiləri"ni qəbul etməsi ilə bağlı açıqlamalarında ABŞ-ın Dağlıq Qarabağdakı rejimi tanımadığını və Minsk qrupu prosesini dəstəklədiyini bildirsə də, biz bu səfərləri turistik səfər hesab etmirik və gələcəkdə bu cür səfərlərin əleyhinəyik”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3144920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR