Dmitri Nazarovun çıxış etdiyi komanda baş məşqçisi ilə yollarını ayırıb

Dmitri Nazarovun çıxış etdiyi komanda baş məşqçisi ilə yollarını ayırıb
18:57 6 Noyabr 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi Almaniyanın “Ertsgebirge” komandası baş məşqçisi Daniel Meyer ilə yollarını ayırıb.
"Report" Aue təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Onun köməkçisi olan qardaşı Andre Meyer də komandadan göndərilib.
Qeyd edək ki, Daniel Meyer 2018-ci ilin iyunundan “Ertsgebirge”yə rəhbərlik edir. Komanda hazırda Almaniyanın II Bundesliqasında 19 xalla 4-cü pillədə qərarlaşıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/dmitri-nazarovun-cixis-etdiyi-komanda-bas-mesqcisini-gonderdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR