"Zabul Segah" muğamı təqdim edəcək - Beynəlxalq Muğam Mərkəzində

"Zabul Segah" muğamı təqdim edəcək - Beynəlxalq Muğam Mərkəzində
20:22 6 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Muğam Mərkəzi fəaliyyətinin əsas istiqaməti kimi çoxsaylı layihələr həyata keçirir.  

Milli.Az xəbər verir ki, elmi-tədqiqat, milli musiqi irsimizin araşdırılması və təbliği istiqamətində reallaşan layihələrdən biri də "Muğam axşamları" layihəsidir. Layihənin məqsədi əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmiş muğam sənətimizi gələcək nəsillərə təbliğ etməkdir.

Noyabrın 29-da Beynəlxalq Muğam Mərkəzinin "Muğam axşamları"  layihəsi çərçivəsində Əməkdar artistlər, Beynəlxalq Muğam Mərkəzinin solistləri Ehtiram Hüseynov, Arzu Əliyeva və Bəyimxanım Nəbiyevanın ifasında "Zabul Segah" muğamı təqdim ediləcək.

Ifaçıları tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə "Buta" instrumental ansamblı müşayiət edəcək.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin  təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də "Muğam axşamları" layihəsidir.  Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin  fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir . Təqdim edilən konsertlərdə bu günə kimi tanınmış , görkəmli xanəndələrimizin ifasında əsas muğamlarımız təqdim edilib.

Layihənin konsertlərinə biletləri  şəhərimizin kassalarında, Asan xidmət mərkəzlərində və iticket.az saytından əldə etmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/800276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR