“Cənab səfir, bu lift qadınlar üçündür”

“Cənab səfir, bu lift qadınlar üçündür”
20:27 6 Noyabr 2019
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Britaniyanın Azərbaycandakı səfiri paylaşımı ilə yenə marağa səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan dilində paylaşımları ilə tanınan səfir Ceyms Şarp bu dəfə qarşılaşdığı bir məqamı sosial şəbəkədə bölüşüb. Belə ki, Azərbaycan Memarlıq və İnşaaat Universitetində qonaq olan səfirə liftdən istifadə etmək istəyən zaman xəbərdarlıq olunub. Bildirilib ki, lift sadəcə qadınlar üçündür:

"Cənab səfir, giriş qadağandır".

Səfirin paylaşımından sonra universitetdə bu cür gender disbalansının olması sosial şəbəkələrdə müzakirə və tənqidlərə səbəb olub.

Azərbaycan Memarlıq və İnşaaat Universitetinin  (AzMİU) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəcibə Mirzəyeva sözügedən sayta məsələ ilə bağlı açıqlamasında bildirib ki, liftlərin üzərində lövhə asılmış olsa da, xüsusi qadağa yoxdur:

"Digər liftlərin üzərində də oğlanlar üçün və müəllimlər üçün sözləri yazılıb. Yəni, liftlər sadəcə qızlar üçün deyil. Həmin lövhələrin elə bir əhəmiyyəti yoxdur. Hər kəs istədiyi liftdən istifadə edə bilir. Hər hansı bir liftdən istifadə etmək qadağandır deyə bir şey yoxdur. Müəllimlər üçün olan liftə tələbələr də dəvət olunur, həmçinin qız və oğlanlar da qarışıq olaraq liftlərdən istifadə edir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/800251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR