Qurban Qurbanov: "Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər"

Qurban Qurbanov: "Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər"
22:02 6 Noyabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

"Sabah rəqib həddindən artıq istəkli ola bilər. APOEL doğma meydanında oynayacaq. 90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik. Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq".
"Report" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi bildirib ki, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib: "Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür ki, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda həm əks-hücumlarda, topa nəzarətdə, öz meydanımızda çalışacağıq ki, diqqətli olaq".


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qurban-qurbanov-hucumlarimiz-mudafieden-ve-eks-hucumlar-uzerinde-ol

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR