Çempionlar Liqası: "Bavariya" 1/8 finala vəsiqə qazanıb

Çempionlar Liqası: "Bavariya" 1/8 finala vəsiqə qazanıb
23:57 6 Noyabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasında 1/8 finala ilk vəsiqənin sahibi müəyyənləşib.
"Report"un məlumatına görə, bu hüquqa Almaniyanın "Bavariya" klubu yiyələnib. 
Münhen təmsilçisi Yunanıstan "Olimpiakos"u ilə görüşdə 2:0 hesablı qələbə qazanıb. Qolları 69-cu dəqiqərə Robert Levandovski və 89-cu dəqiqədə İvan Perişiç vurub. Bununla da xallarını 12-yə çatdıran "Bavariya" B qrupunda liderliyini möhkəmlədib və növbəti mərhələyə vəsiqəni təmin edib.
D qrupunun qarşılaşmasında isə İtaliya "Yuventus"u Rusiyanın paytaxtı Moskvada 1:1 hesablı heç-heçə ilə kifayətlənib. Hesabı 4-cü dəqiqədə Turin komandasından Aaron Remsi açsa da, 12-ci dəqiqədə Aleksey Mirançuk bərabərliyi təmin edib. Bu nəticədən sonra "Yuventus" xallarını 12-yə çatdıraraq, vahid liderə çevrilib. "Lokomotiv" isə 4 xalla 3-cü yerdə gedir.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cempionlar-liqasi-bavariya-1-8-finala-vesiqe-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR