Beynəlxalq Muğam Mərkəzi Tbilisidə yerləşən Azərbaycan Mədəniyyəti Mərkəzinə tar hədiyyə edib

Beynəlxalq Muğam Mərkəzi Tbilisidə yerləşən Azərbaycan Mədəniyyəti Mərkəzinə tar hədiyyə edib
01:43 7 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Tbilisidə yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinənin kolleksiyası Beynəlxalq Muğam Mərkəzinin hədiyyəsi ilə daha da zənginləşib.

Trend-in məlumatına görə, Beynəlxalq Muğam Mərkəzinin “Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və gürcü (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər” layihəsi çərçivəsində BMM-in adından Azərbaycan musiqi alətlərinin şahı olan tar Tbilisidə yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinə hədiyyə edilib.

Tbilisi şəhərində Azərbaycanlıların ən çox toplaşdığı mədəniyyət ocaqlarından biri sayılan bu muzeydə musiqi dərnəkləri fəaliyyət göstərir. Muzeydə tar dərnəyinin yaradılması münasibətilə Beynəlxalq Muğam Mərkəzinin direktoru tar alətini Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyinə təqdim edib. Muzeyin rəhbərliyi dəyərli hədiyyəyə görə BMM-nin rəhbərliyinə minnətdarlığını bildirib. BMM isə öz növbəsində gələcəkdə bu istiqamətdə Azərbaycanın tar ifaçılığının görkəmli nümayəndələrinin muzeydə ustad dərsləri və görüşlərinin keçiriləcəyinə dəstək verəcəyini diqqətə çatdırıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3145132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR