Qurban Qurbanovun mətbuat konfransı baş tutmadı

Qurban Qurbanovun mətbuat konfransı baş tutmadı
01:48 7 Noyabr 2019
187 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsində bu gün keçiriləcək APOEL - "Qarabağ" matçı öncəsi Qurban Qurbanovun mətbuat konfransı baş tutmayıb.

Publika.az bildirir ki, buna Kiprdən olan jurnalistlərin mətbuat konfransına qatılmaması səbəb olub.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, Kiprdə oyuna maraq gözlənilən səviyyədə deyil.

"APOEL-in baş məşqçisi Tomas Dollun mətbuat konfransında cəmi 6 jurnalist olub. Həmin konfrans da şəhərin əks istiqamətində, APOEL-in məşq bazasında olub. Buna görə də bir saat sonra keçirilən Qurban Qurbanovun mətbuat konfransında iştirak edə bilməyiblər", - deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, Kiprdən olan jurnalistlərin Qurbanovun mətbuat konfransına qatılmaması sosial şəbəkələrdə hörmətsizlik kimi dəyərləndirilib. Onu da əlavə edək ki, Azərbaycandan Kiprə jurnalist yollanmayıb


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/295388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR