Ən sürətli smartfonların adı bəlli olub

Ən sürətli smartfonların adı bəlli olub
08:42 7 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Mobil cihazların məhsuldarlığını qiymətləndirən "AnTuTu" xidməti ən sürətli smartfonların növbəti reytinqini dərc edib. Reytinqlərdən biri qabaqcıl qurğuları, digəri isə orta sinfə məxsus aparatları əhatə edir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, qabaqcıl "Android" smartfonlarının reytinqində birinci yeri "Snapdragon 855 Plus" prosessoru, 8 QB əməli yaddaş və 256 QB daxili yaddaşla təchiz edilmiş "Vivo NEX 3 5G" aparatı tutub. Bu aparat 482917 bal toplayıb. Reytinqin ikinci pilləsində "Vivo iQOO Po 5G" (481997 bal) yerləşib. Üçüncü yeri "OnePlus 7T" (481784 bal) tutub.

Növbəti yerlər üzrə sıralama aşağıdakı kimidir: "OnePlus 7T Pro", "ASUS ROG Phone 2", "Xiaomi Mi 9 Pro 5G", "Xiaomi Black Shark 2 Pro", "Realme X2 Pro", "Meizu 16s Pro" və "Redmi K20 Pro Exclusive Edition".

Orta sinfə aid smartfonların reytinqinə gəlincə isə birinci yeri "Kirin 810" prosessoru, 8 QB əməli yaddaş və 256 QB daxili yaddaşla təchiz edilmiş "Honor 9x Pro" smartfonu (299 194 bal) tutub. 291 690 bal toplamış "Honor 9X" modeli isə ikinci yerdə qərarlaşıb. Üçüncü yeri "Honor 20S" (290936 bal) tutub.

Növbəti yerlər üzrə sıralama aşağıdakı kimidir: "Redmi Note 8 Pro", "Realme X2", "OPPO Reno 2", "Redmi K20", "Xiaomi Mi 9 SE", "Realme Q" and "Vivo X27".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/799901.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR