Bakıda "Mercedes" qaz boru xəttinə çırpılaraq yandı

Bakıda "Mercedes" qaz boru xəttinə çırpılaraq yandı
09:17 7 Noyabr 2019
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda "Mercedes" qaz boru xəttinə çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarındakı qaz boru xəttinə çırpılıb. Nəticədə avtomobilin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/800349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR