“Bir-birimizi görməyəndə qudururuq” - 83 yaşlı aktrisayla evlənən gənc

“Bir-birimizi görməyəndə qudururuq” - 83 yaşlı aktrisayla evlənən gənc
09:42 7 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

"Yeşilçam"ın 83 yaşlı ulduzu Gönül Yazarın özündən 32 yaş kiçik sevgilisi Rüzgar Mağden "2.Sayfa" proqramında qonaq olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa ilə yaşadığı eşqdən danışan Rüzgar ona hələ uşaqlıqdan aşiq olduğunu deyib:

""Tacsız kral" filmini izləyərkən rəhmətli anama "Mən Gönül Yazarla evlənəcəm" dedim. O vaxt hələ orta məktəb şagirdi idim. O, həmişə mənim ağlımda olub. Partilərin birində Gönül Yazarı görəndə gedib əlini sıxdım. Gönül həmin vaxt mənə diqqət göstərmədi".

Rüzgar sevgilisi ilə bir-birlərini görməyəndə çox darıxdıqlarını bildirib:

"Bir-birimizdən ayrı qalanda qudururuq. Qısqancam. Gönülün səhifəsinə çox səviyyəsiz insanlar yazır. Onları əngəlləyirəm. İlk davamız da qısqanclıq üzündən olub. Başqalarının Gönülə baxmasından narahat oluram".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR