Azərbaycanda ana oğluna görə cinayətə əl atdı

17:41 16 Yanvar 2015
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Yağdan telefon çıxdı. Ədliyyə Nazirliyinin Penitensiar xidmətin mətbuat mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, anası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Camal Fəxrəddin oğlu Əliyevin yanına qısamüddətli görüşə gəlib.

Ağdaş rayon sakini Yeganə Lumu qızı Əliyevanın gətirdiyi sovqata baxış keçirilib.

Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində “Ana-bala” adlı yağ qabının içərisində gizlədilmiş 5 ədəd “Nokia” markalı mobil telefon aparatı və onlara aid 4 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=320097

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR