Bakı polisi itkin düşmüş kişini tapıb

Bakı polisi itkin düşmüş kişini tapıb
09:57 7 Noyabr 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda itkin düşmüş kişi tapılıb.
“Report”un xəbərinə görə, itkin düşmə hadisəsi oktyabrın 31-də paytaxtın Binəqədi rayon ərazisində baş verib.
Belə ki, Salman Nəsibov yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Daha onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində noyabrın 6-da S.Nəsibov tapılaraq ailə üzvlərinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-polisi-itkin-dusmus-kisini-tapib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR