Bakıda marketi qarət edənlərin görüntüləri kameraya düşdü - VİDEO - FOTO

Bakıda marketi qarət edənlərin görüntüləri kameraya düşdü - VİDEO - FOTO
10:12 7 Noyabr 2019
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Nəsimi rayonunda yerləşən marketdə oğurluq hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsində İmanov Cavid Ağaisa oğluna məxsus marketdə qeydə alınıb.

2 nəfər naməlum şəxs əvvəlcə marketin ətrafında gəzişib. Oğrular yaxınlıqda heç kəsin olmadığına əmin olduqdan sonra marketin qoruyucu dəmirlərini və şüşə qapısını qıraraq içəri daxil olublar.

Mağaza sahibinin sözlərinə görə, oğrular mağazadakı ərzaq mallarına toxunmayıblar. Onlar sadəcə kassada olan 850 manat pulu götürərək qaçıblar.

Marketin çöl və içəri hissəsində olan təhlükəsizlik kameraları baş verən oğurluğu anbaan lentə alıb. Cavid İmanovun Baku TV-yə təqdim etdiyi görüntülərdə hadisənin gedişatı əks olunub.

Mağaza sahibi məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə müraciət edib. Polis əməkdaşları hadisə yerinə baxış keçirərək lazımi istintaq tədbirləri görüblər. Hazırda Nəsimi Polisi oğurluğu törədən şəxsləri axtarır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/800356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR