APOEL-in "Qarabağ"la oyun üçün "18-liy"i açıqlanıb

APOEL-in "Qarabağ"la oyun üçün "18-liy"i açıqlanıb
10:22 7 Noyabr 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Kiprin APOEL komandasının baş məşqçisi Tomas Doll UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə “Qalatasaray”a qarşı keçirəcəkləri oyun üçün “18-liy”i açıqlayıb.
“Report” xəbər verir ki, zədəli yarımmüdafiəçilər - argentinalı Tomas de Vinsenti və xorvatiyalı Antonio Yakoliş matçı buraxacaqlar. Əvəzində bərpa olunan sloveniyalı hücumçu Roman Bezyak heyətə düşüb.
Qapıçılar: 27. Vid Belets, 99. Boy Vaterman
Müdafiəçilər: 23. Joaozinyo, 29. Praxitelis Vouros, 30. Giorqos Merkis, 44. Nikolas Yoannu, 90. Vuyadin Saviç, 91. Draqan Mixayloviç
Yarımmüdafiəçilər: 6. Savvas Gentsoğlu, 7. Georgios Efrem, 8. Lukas Souza, 11. Musa el-Tamari, 14. Uroş Matiç, 46. Efstatios Aloneftis, 95. Alef
Hücumçular: 9. Linus Hallenius, 20. Andriya Pavloviç, 89. Roman Bezyak
Qeyd edək ki, bu gün keçiriləcək APOEL – “Qarabağ” matçı Bakı vaxtı ilə 21:55-də başlayacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/apoel-in-qarabag-la-oyun-ucun-18-liy-i-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR