Bakıdan oğurluq üçün İstanbula getdilər - Azərbaycanlıların film kimi cinayətləri - VİDEO

Bakıdan oğurluq üçün İstanbula getdilər - Azərbaycanlıların film kimi cinayətləri - VİDEO
10:57 7 Noyabr 2019
111 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulda tekstil və yükdaşıma şirkətlərindən 250 min dollarlıq oğurluq edən dəstə polis tərəfindən ifşa edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, oktyabrın 8-də Fateh adlanan ərazidə yerləşən tekstil şirkəti maskalı və silahlı iki şəxs tərəfindən qarət olunub. Onlar mağazadan 130 min dollar oğurlayıblar.

Noyabr 1-də yenə həmin ərazidə yükdaşıma şirkətinə hücum edən oğrular oradan 120 min dollar götürüblər.

Hər iki mağazada soyğunçuluq anı təhlükəsizlik kameraları tərəfinindən qeydə alınıb. Polis tərəfindən aparılan araşdırmalar nəticəsində Vəli. V adlı azərbaycanlı tutulub. Məlum olub ki, hər iki mağazadan oğurluq edən şəxslər eyni dəstənin üzvləridir.

Polisdən bildirilib ki, tutulan dəstə üzvləri Bakıdan İstanbula soyğun törətmək üçün gəliblər. Onlar əldə etdikləri pulları qeyri-qanuni yolla ölkədən xaricə göndəriblər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/800362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR