Fatih Terim: "Böyük hesablı məğlubiyyətə təkcə üzülmədik, həm də utandıq"

Fatih Terim: "Böyük hesablı məğlubiyyətə təkcə üzülmədik, həm də utandıq"
11:02 7 Noyabr 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

"Açığı, belə bir şey gözləmirdik. Oyunla bağlı söyləyəcək tək bir şey var - təəssüf. Böyük hesablı məğlubiyyətə təkcə üzülmədik, həm də utandıq".
"Report" xəbər verir ki, bunu Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terim UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunda "Real Madrid"ə səfərdə 0:6 hesabı ilə uduzduqları oyundan sonra deyib.
66 yaşlı mütəxəssis ilk 15 dəqiqədə 3 top buraxdıqdan sonra matçdan qopduqlarını söyləyib: "Təəssüf ki, oyuna 0:3 hesablı məğlubiyyətlə başladıq və bunun altından çıxmaq asan iş deyil. Meydanda mübarizə aparan bir komanda olmaq istəyirdik, bunu bacarmadıq. 10-15 il içində belə məğlubiyyətlərlə üzləşirik. "Real Madrid"ə uduza bilərsiniz, ancaq bu cür mübarizə və hesabla yox. Dekabra qədər matçlarımız üçün bu oyunçulara ehtiyacımız var. Ancaq bəzi mesajlar vermişəm".
Terim məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürüb: "Real Madrid" möhtəşəm idi, bunu qəbul etmək lazımdır. Amma qarşılarında da mübarizə aparmayan, dirənməyən bir komanda vardı. Onların işini asanlaşdırdıq. Problemləri həll edə bilmədiyim üçün məsuliyyəti özüm daşıyıram. Qəbahət məndədir".


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fatih-terim-boyuk-hesabli-meglubiyyete-tekce-uzulmedik-hem-de-utandiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR