ABŞ qırıcısı Yaponiya üzərindən uçarkən raketini itirib

ABŞ qırıcısı Yaponiya üzərindən uçarkən raketini itirib
11:22 7 Noyabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcısı Yaponiyanın Aomori prefekturası üzərindən etdiyi təlim uçuşu zamanı təlim mərmisini itirib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Yaponiyadakı hərbi komandanlığı "Twitter" hesabında məlumat verib.
Yerli KİV-in məlumatına görə, raket təyin olunmuş uçuş bölgəsindən bir neçə kilometr məsafədə yerləşən Rokkase kəndindəki özəl sektor ərazisinə düşüb.
Xəsarət alanalar və dəymiş ziyan barədə hələlik heç bir məlumat yoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-qiricisi-yaponiya-uzerinden-ucarken-raketini-itirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR