Azərbaycanın şəhər və rayonlarının su pasportları hazırlanır

Azərbaycanın şəhər və rayonlarının su pasportları hazırlanır
11:27 7 Noyabr 2019
55 Digər
Ölkə mətbuatı
A- A+

“Azərsu” ASC ölkənin bütün şəhər və rayonlarının su pasportlarını hazırlayır.
“Report” xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında qurumun sədri Qorxmaz Hüseynov məlumat verib.
“Pasportlar suyun keyfiyyəti də daxil olmaqla bütün parametrləri əhatə edəcək. Biz regionlarda su mənbələrinin yaxşılaşdırılmasını daima diqqətdə saxlayırıq. Hazırda 50-dən çox regionda su təminatının yaxşılaşdırılması ilə bağlı işlər həyat keçirilir. Bunlardan 30-da işlər demək olar ki, başa çatıb”, - deyə o, qeyd edib.
Bundan başqa, sədrin sözlərinə görə, bu il yağıntılarn az olması “Azərsu”ya çətinliklər yaradıb: “Buna görə də, alternativ su mənbələrinin tapılması ilə bağlı Gədəbəy, Tovuz, Lerik, Şamaxı və Şəkidə işlərə başladıq. Bu işlərin Gədəbəy, Lerik və Şamaxıda bu il, Tovuz və Şəkidə isə gələn il başa çatdırılması nəzərdə tutulur”. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycanin-seher-ve-rayonlarinin-su-pasportlari-hazirlanir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR