Azərbaycanda yağıntıların az olması ilə bağlı bir neçə rayonda su mənbələri ilə bağlı çətinlik olub - Azərsu

Azərbaycanda yağıntıların az olması ilə bağlı bir neçə rayonda su mənbələri ilə bağlı çətinlik olub - Azərsu
11:29 7 Noyabr 2019
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda, xüsusən yay aylarında yağıntıların az olması ilə bağlı bir neçə rayonda su mənbələri ilə bağlı çətinlik olub.

Trend-in məlumatına görə, bunu "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

Q.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə həmin rayonlarda alternativ su mənbələrinin yaradılmasına başlandı.

Onun sözlərinə görə, artıq Gədəbəy və Lerikdə bu işlər başa çatıb, Şəki, Şamaxı, Tovuz rayonlarında isə bu işlər gələn il başa çatacaq.

Regionlarda suyun keyfiyyətinə toxunan Q.Hüseynov bildirib ki, Strateji yol xəritəsinə uyğun olaaq regionalra su kanal idarələri və regional laboratoriyalar yaradılıb: “İlkin mərhələrdə labaratoyiyaları avadanlıqlar, kadrlarla, maşın mexanizmləri ilə təmin etmişik ki, “Azərsu”un baansında olan bütün su infrastrukturunun nəzarətdə saxlanması təmin olunsun, gələcəkdə isə hədəfimiz bütün bölglərədə vətəndaşların istifadə etdyu suların nəzarətə götürülməsini nəzərdə tuturuq”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3145360.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR