Azərbaycanda çoban yoxa çıxdı - FOTO

Azərbaycanda çoban yoxa çıxdı - FOTO
11:58 7 Noyabr 2019
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Şamaxı rayonunun Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Məmməd Əllazov oktyabrın 27-də səhər saatlarında çoban işlədiyi Göygöl rayon Firuzabad qəsəbəsindəki fermadan çıxaraq bir daha geri qayıtmayıb.

Publika.az xəbər verir ki, itkin düşən şəxsin əlamətləri belədir: boyu 160-165 sm., arıq bədən quruluşlu, qarabəniz, ağ-qara saçlara malik, gözlərinin rəngi qonur.

M.Əllazov fermadan çıxarkən əynində hərbi kostyum, hərbi şalvar, başında papaq, ayağında idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin 022-205-22-79, 022-205-50-57 şəhər və (055) 545-11-02, (070) 252-22-44 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/295427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR