Fasiləsiz rejimə keçid suya daha çox qənaət etməyə imkan verir – Qorxmaz Hüseynov

Fasiləsiz rejimə keçid suya daha çox qənaət etməyə imkan verir – Qorxmaz Hüseynov
12:48 7 Noyabr 2019
69 Ölkə
Ölkə mətbuatı
A- A+

İl ərzində Abşeron yarımadasında əhalinin fasiləsiz su təminatı ilə bağlı böyük işlər həyata keçirilib. Artıq yarımadada fasiləli su təminatının göstəricisi 30%-dən 81,5%-ə çatdırılıb. Bunun özü artıq hər şeyi deyir.

Publika.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

Onun sözlərinə görə, 27 qəsəbədə, 40-dan çox məntəqədə fasiləsiz su təminatı ilə bağlı layihələr həyata keçirilib: "Bunun üçün isə 270 km yeni su xətti çəkilib. Abşeronun çoxlu sayda dayanıqlı su mənbələri var. Əsas ağırlıq su təmizləyici qurğular üzərindədir. Əvvəllər yalnız Oğuz-Qəbələ su kəməri və Ceyranbatan su anbarları yarımadanın su təminatında mühüm yer tuturdu. Hazırda isə Taxtakörpü su anbarı Abşeron yarımadasının su təchizatında bir nömrəli rol oynayan mənbədir”.

Q.Hüseynov qeyd edib ki, Bakı şəhərinin böyük bir ərazisi fasiləli rejimdə qurulmuşdu: “Biz ilk olaraq fasiləsiz rejimə keçmək məsələsini müzakirə etdik. Fasiləsiz rejimə keçdikdən sonra abonentlərimizin sayı 300 minədək artıb. Fasiləsiz rejim suya daha çox qənaət etməyə imkan verib. Hazırda mövcud xətlər vasitəsilə gətirdiyimiz suların hamısını paylamışıq. Yeni içməli su anbarlarının tikintisini planlaşdırmışıq”.

Səxavət


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/295432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR