"Lexus"la Azərbaycana qanunsuz yolla mobil telefonlar keçirmək istədi

"Lexus"la Azərbaycana qanunsuz yolla mobil telefonlar keçirmək istədi
13:37 7 Noyabr 2019
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Lexus RX 330" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağın söykənəcək və yük hissəsində xüsusi hazırlanan gizli saxlanc yerində, ön şitində gömrük nəzarətindən gizlədilən 13 ədəd "Samsung A10S", 16 ədəd "Redmi Note 7", 3 ədəd "Redmi Note 8 Pro", şəxsi yoxlama zamanı isə vətəndaşın bel nahiyyəsindən 3 ədəd "Redmi Note 7" markalı mobil telefonlar, eləcə də mobil telefonlar üçün qutu və aksesuarlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/800413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR