Yeni icra başçısı şəhidin dəfn mərasimində

Yeni icra başçısı şəhidin dəfn mərasimində
13:38 7 Noyabr 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayon sakini, Dövlət Sərhəd Xidmətinin əsgəri Babək Vəli oğlu Aslanovun Qazax istiqamətində şəhid olduğu barədə məlumat yayılıb.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. 2000-ci il təvəllüdlü Babək Vəli oğlu Aslanov Xaçmazın Mollabürhan kəndində dəfn olunub.

Faktı Xaçmaz Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər. İcra Hakimiyyətindən bildirilib ki, icra başçısı Elnur Rzayev də dəfn mərasimini qatılıb:

“İcra başçısı Elnur Rzayev icra nümaynədələri ilə birgə dəfn mərasimindədir. Şəhidimiz dünən həlak olub. Bu gün rayona gətirilib və yaşadığı Mollabürhan kəndində dəfn olunub”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/295446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR