Qorxmaz Hüseynov: "Bu fikirlər düzgün yanaşma deyil"

Qorxmaz Hüseynov: "Bu fikirlər düzgün yanaşma deyil"
13:38 7 Noyabr 2019
55 Ölkə
Ölkə mətbuatı
A- A+

İnsanlarda haqlı olaraq belə bir fikir formalaşıb. Burada haqsızlıq görmürəm.

Publika.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında “Azərsu” Açıx Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov “İnsanlarda “Azərsu” gəldi qazdı, getdi. Qazdığı yerlər asfaltnmır fikri formalaşıb. Bununla bağlı nə deyə bilərsiniz” sualına cavab olaarq bildirib.

O qeyd edib ki, “Azərsu”nun işi baş vermiş qəzanı aradan qaldırmaq üçün mütləq həmin yeri qazmalı və təmir işləri aparılmalıdır: “Bunun başqa yolu yoxdur.Mütləq qazılmalıdır. İlk növbədə məsuliyyət bizim üzərimizdədir, Amma “Azərsu” yolu qazdı, təmir etmədi və getdi” fikri də düzgün yanaşma deyil. Nəzərə alın ki, bizim asfalt zavodumuz yoxdur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müqaviləmiz var. Biz 2-3 kvadratmetr yer qazırıq, sonra onun bərpası üçün bir neçə gün vaxt lazım olur. Agentliyin də o imkanı yoxdur ki, biz deyən kimi gəlib ərazini asfaltlasın. Bununla belə biz ərazinin bərpası üçün vaxtın minimuma endirilməsi ilə bağlı işlər görürük. Artıq AAYDA da bu işlərin həyata keçirməsi üçün lokal maşınlar alıb”.

Səxavət


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/295440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR