Dövlət Bayrağı Günü münasibətilə yürüş keçirilib (FOTO)

Dövlət Bayrağı Günü münasibətilə yürüş keçirilib (FOTO)
16:08 7 Noyabr 2019
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Müdafiə və Təhsil nazirlikləri Ağdam rayonunun Quzanlı qəsəbəsində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Yürüşdə Müdafiə Nazirliyinin hərbi qulluqçuları, Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatları, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3145567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR