Litva Azərbaycanlı Gənclər Təşkilatının nümayəndələri İtaliyada beynəlxalq layihədə iştirak ediblər

Litva Azərbaycanlı Gənclər Təşkilatının nümayəndələri İtaliyada beynəlxalq layihədə iştirak ediblər
17:43 16 Yanvar 2015
100 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) nümayəndələri İtaliyada beynəlxalq layihədə iştirak ediblər.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından AzərTAc-a bildiriblər ki, İtaliya, İspaniya, Yunanıstan, Azərbaycan, Litva və Polşadan 30 gəncin qatıldığı layihənin məqsədi müxtəlif ölkələrin mədəniyyətləri arasında əlaqələrin gücləndirilməsi olub.
Tədbirdə AYOL-un 6 nümayəndəsi iştirak edib. Onlar
İtaliya, Azərbaycan və Litva münasibətləri, əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi barədə də fikir mübadiləsi aparıblar.
Layihə çərçivəsində keçirilən mədəniyyət günündə Azərbaycan guşəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Azərbaycan guşəsində ölkəmizin milli suvenirləri, fotoalbomları, tariximizi və turizm potensialımızı əks edən məlumat kitabçaları yer alıb.
Qeyd edilib ki, AYOL bir sıra beynəlxalq gənclər təşkilatları ilə elm, təhsil, mədəniyyət və informasiya mübadiləsi sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR