DİN yol qəzasında ölən piyadalarla bağlı məlumat yaydı

DİN yol qəzasında ölən piyadalarla bağlı məlumat yaydı
16:43 7 Noyabr 2019
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi ötən gün baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 6-da saat 13 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Ağazadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Elyanə Məmişovanı vurub. Nəticədə N.Ağazadə xəsarət almış E.Məmişovanı həmin qəsəbədə yaşayan qohumunun evinə aparıb və təcili tibbi yardım stansiyasının həkimləri gələnədək E.Məmişova orada ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Oxşar hadisə dünən saat 18 radələrində Xızı rayonunun Giləzi kəndi ərazisində də baş verib. Neftçala rayon sakini V.Əhmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən rayon sakini Ceyhun Abbasovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/295463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR