Xanım baş həkim 38 yaşında vəfat etdi (FOTO)

Azərbaycanın tanınmış psixiatrı, uzun illər Sumqayıt Psixiatriya Xəstəxanasının baş həkimi kimi çalışmış Mayıl Tağıyevə ağır itki üz verib.

Metbuat.az bakupost.az-a istinadən xəbər verir ki, Psixiatrın həkim qızı, Hippokrat klinikasının rəhbəri Nigar Tağızadə bu gün vəfat edib. 1981-ci il təvəllüdlü Nigar Tağızadə xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Mərhumun 3 övladı var.

Xatırladaq ki, o, kəşfi ilə dünyanın diqqət mərkəzinə gələn 15 yaşlı azərbaycanlı Reyhan Camalovanın elmi rəhbəri, layihənin mentoru Leyla Tağızadənin bacısıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR