"Mən o aparıcıya 1 manat da vermərəm" - Nazənindən SƏRT AÇIQLAMA - FOTO

"Mən o aparıcıya 1 manat da vermərəm" - Nazənindən SƏRT AÇIQLAMA - FOTO
17:37 7 Noyabr 2019
126 Şou
Ölkə mətbuatı
A- A+

Zaur Kamalın yeni mövsümdən aparıcısı olduğu proqramda imkansız tələbələrin təhsil haqları ilə bağlı başlatdığı kampaniyaya bu dəfə maddi dəstək verən məşhurlar sırasına Əflatun Qubadov və Nazənin də qoşulub.

Milli.Az xəbər verir ki, Zaur ötən gün "5/5"də qonağı olan hər iki ifaçıya göstərdikləri dəstəyə görə təşəkkür edib.

Nazənin maddi dəstəyinin səbəbini efir vasitəsi ilə açıqlayıb:

"Bunu hər aparıcıya müğənnilər eləmir. O sizin özünüzün hörmətinizdən asılıdır. Aparıcı var, vallah, 1 manat da istəsə vermərəm. Məni düzgün başa düşün. O insanı tapıb arxada kömək eliyərəm, pərdə arxası. Amma aparıcının özünün hörməti olmalıdır". 

Xatırladaq ki, ötən verilişlərin birində Zaur canlı yayımda zəng edərək bir ailənin iki tələbə üzvünün təhsil haqqının ödənilməsi üçün Əflatun Qubadov və Nazənindən min manat (hərəsi min manat) kömək etməklərini istəmişdi. Müğənnilər Zaurun xahişinə dərhal müsbət cavab vermişdilər.

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/800584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR