Paşinyan deputatları ilə Qarabağı müzakirə etdi - Gizli

Paşinyan deputatları ilə Qarabağı müzakirə etdi - Gizli
20:42 7 Noyabr 2019
107 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan Baş naziri Nikol Paşinyan bir müddət öncə Mənim Addımım Blokunun deputatları ilə görüşüb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Joxovurd" öz mənbələrinə istinadən yayıb. Görüş noyabrın 5-də qapalı rejimdə baş tutub.

Məlumata görə, görüşdə əsas müzakirə mövzusu Ermənistanla qondarma Qarabağ rejimi münasibətləri, cəbhənin təmas xəttindəki vəziyyət olub. Deputatlar Paşinyandan həmçinin Vitali Balasanyanın son bəyanatları barədə də soruşublar.

Paşinyan deputatlara cavabında Ermənistanla "Qarabağ arasında" heç bir gərginliyin olmadığını, cəbhədə vəziyyətin sakit olduğunu deyib. O, həmçinin, Ermənistanın 2020-ci ildə qondarma rejimdəki seçkiyə qarışmayacağını söyləyib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/800600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR