Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində könüllü qanvermə aksiyası keçirildi (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində könüllü qanvermə aksiyası keçirildi (FOTO)
21:13 7 Noyabr 2019
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Talassemiya Federasiyası ilə əməkdaşlıq çərçivəsində könüllü qanvermə aksiyası keçirilib.

Nazirlikdən Pubika.az-a verilən məlumata görə, xüsusi tibbi briqada tərəfindən əvvəlcə donorların sağlamlıq vəziyyəti müəyyən edilib. Aksiyada Nazirliyin Aparatının və struktur bölmələrinin əməkdaşlarından ibarət 100-ədək şəxs donor qismində iştirak edib, onlardan qan götürülüb.

“Donor günü” ilə əlaqədar təşkil olunan aksiyada məqsəd talassemiyalı və hemofiliyalı xəstələrə yardım etməkdən, onlar üçün qan ehtiyatını artırmaqdan ibarət olub. Götürülmüş qan nümunələri də laboratoriyada bir daha müayinə edildikdən sonra həmin xəstələrə yardım üçün istifadə olunacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/295487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR