"Qarabağ" APOEL-ə uduzdu Yenilənib

UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində təmsilçimiz “Qarabağ” növbəti oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, Qurban Qurbanovun komandası səfərdə Kiprin APOEL klubu ilə qarşılaşır.

Görüşün 10-cu dəqqiqəsində "Qarabağ"ın futbolçusu Maksim Medvedev hesabı açıb. Birinci hissə ağdamlıların minimal hesablı qələbəsi ilə başa çatıb.

İkinci hissəyə "Qarabağ" sürətli başlayıb və rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Buna baxmayaraq rəqib futbolçu Lukas Souza 59 dəqiqədə hesabı bərabərləşdirib. Oyunun 88-ci dəqiqəsində meydan sahibləri İoannu tərəfindən vurulan qolla hesabda önə çıxıblar. Matç APOEL-in 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR