Vaginal qoxunun səbəbi nədir? – Xanımların DİQQƏTİNƏ

Vaginal qoxunun səbəbi nədir? – Xanımların DİQQƏTİNƏ
22:27 7 Noyabr 2019
126 Maraqlı
Ölkə mətbuatı
A- A+

Mikroorqanizmlər, bütün bədən girişlərində olduğu kimi, vaginal bölgədə də mövcuddur.Bu mikroorqanizmlərə flora deyilir. Vaginal bölgədəki hüceyrələr də hormonlarla əlaqəlidir. Eynən ağzımızdakı tüpürcək kimi, vaginal bölgədə də bir ifrazat yaranır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, reproduktiv yaşda olan qadınlarda vaginal axıntı olması normaldır. Əksinə vaginal axıntının olmaması anormal hesab edilir. Hər qadınınbədəni və hormonları fərqlidir, buna görə fərdi bir axıtma var. Ancaq vaginal axıntı normal olaraq rəngsiz və qoxusuz olmalıdır.

Pis qoxulu, ağ rəngli, selikli və həddindən çox gələn vaginal axıntı ciddi sağlıq problemlərinə işarədir. Qeyd edək ki, axıntının qatılığı menstruasiya dövrünə yaxınlaşdıqca artır və menstruasiya dövründən sonra daha maye olur. Vaginada xoşagəlməz bir qoxu varsa, bir mütəxəssislə məsləhətləşin.

Pis qoxunu necə keçirməli?

Vaginadakı pis qoxudan qurtulmaq üçün ilk növbədə təmizliyə diqqət yetirilməlidir. Vagina havalandırılmalı və quru olmalıdır. Pambıq alt paltarları istifadə edilməlidir, sintetik paltar geyinilməməlidir. Çünki pambıq alt paltarları və paltarlar dərinin nəfəs almasına imkan verir və bununla da vaginada zərərli axıntıların qarşısını alır.

Bəzi insanlar vagjinadakı pis qoxunu aradan qaldırmaq üçün dezodorant kimi kosmetik məhsullardan istifadə edirlər. Bu bölgəyə dezodorant sıxmaq çox səhvdir, allergik reaksiyalara səbəb ola bilər.

Vaginada xoşagəlməz qoxunun qarşısını necə almaq olar?

Bol su istehlak etmək yaxşıdır, çünki su bədəndəki toksinləri aradan qaldırır. Kafein və şəkərli içkilərdən uzaq durmaq da , pis qoxuya qarşı da təsirli olur.

Xoşagəlməz qoxunun keçməsi sualına başqa bir cavab çəmən otudur. Müntəzəm olaraq istehlak edildikdə, qoxunu xeyli dərəcədə aradan qaldırır. Bu vasitə hətta hormonları tənzimləyir və mütəmadi menstruasiyanı təmin edir.

1 stəkan su və 1 çay qaşığı çəmən otu əlavə edib bir qədər dəm almasını gözləyin. Daha sonra yatmazdan əvvəl və səhər yuxudan oyanarkən acqarına içmək tövsiyə olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR