ABŞ rəsmisi Səudiyyə Ərəbistanına getdi - DİQQƏTÇƏKƏN GÖRÜŞ

ABŞ rəsmisi Səudiyyə Ərəbistanına getdi - DİQQƏTÇƏKƏN GÖRÜŞ
22:28 7 Noyabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Gina Haspel ilə görüşüb.

Publika.az xəbər verir ki, paytaxt Ər-Riyadda baş tutan görüşdə iki ölkə arasındakı ortaq əhəmiyyətə sahib məsələlər müzakirə edilib.

SPA rəsmi xəbər agentliyinin yaydığı informasiyada detallara yer verilməyib.

ABŞ-da Tvitterin iki sabiq işçisi haqqında Səudiyyə Ərəbistanı hökumətinə pul qarşılığında kəşfiyyat məlumatları ötürməsi iddiası çıxdıqdan sonra bu görüşün gerçəkləşməsi diqqət çəkir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/295492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR