Porsche "Ulduz müharibələri" üçün gəmi hazırlayacaq - FOTO

Porsche "Ulduz müharibələri" üçün gəmi hazırlayacaq - FOTO
22:32 7 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

İki həftə bundan öncə Porsche şirkəti uçan avtomobil üzərində işlərə start verdiyini bəyan edib. Bu gün isə alman istehsalçısı kosmik gəmi üzərində çalışmalara başladığını elan edib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, hələlik, alman istehsalçısı kosmik gəmini "Ulduz müharibələri" filmi üçün hazırlayacaqdır. "Ulduz müharibələri" kinosaqasının doqquzuncu hissəsi olan "Ulduz müharibələri: Skayuokerin yüksəlişi" (Star Wars: The Rise of Skywalker) filminin qəhrəmanları qalaktikalar arasında səyahətə Porsche dizaynerlərinin çəkdiyi kosmik gəmidə yollanacaqdırlar.

Bu gün alman istehsalçısı kosmik gəminin bir neçə eskizini dərc ediblər. Gəminin final dizaynını filmin premyerasında nümayiş etdirəcəkdirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/799144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR