Müharibədə ABŞ-ı məhv etməyin YEGANƏ YOLU - Rus mütəxəssis sirri açdı

Müharibədə ABŞ-ı məhv etməyin YEGANƏ YOLU - Rus mütəxəssis sirri açdı
23:43 7 Noyabr 2019
122 Dünya
Ölkə mətbuatı
A- A+

Müharibə başlayarsa, ABŞ-ın Nyuport şəhərində yerləşən nüvə təyyarələri istehsal etmək və bərpa qabiliyyətinə sahib yeganə Amerika fabrikini vuraraq bütün ABŞ təyyarələrinə zərbə vurula bilər.

Publika.az xəbər verir ki, bunu rusiyalı hərbi mütəxəssis, Raket və Topçu Elmləri Akademiyasının sədr köməkçisi Konstantin Sivkov deyib.

Rusiyada yayımlanan bir dərgi üçün məqalə qələmə alan Sirkov ABŞ-ın bütün təyyarə birliyinə zərbə vurmağın üsullarını açıqlayıb.

ABŞ arsenalında hazırda müasir tələbatları qarşılayan 12 təyyarə gəmisi olduğunu qeyd edən mütəxəssis bir təyyarə gəmisinin 5 ildə ərsəyə gətirilməsinə görə yenilənmə tempinin aşağı olduğunu bildirib.

“Müasir texnologiyaya sahib bir düşmənlə müharibə başlayarsa, yeni təyyarə gəmilərini xidmətə vermək və ABŞ təyyarə gəmisi donanmasının potensialını artırması çox çətin olacaq. Əgər həmin fabrikə kruiz raketlərlə hücum təşkil edilsə, ABŞ təyyarələrini yeniləyə bilməyəcək və yenilərinin də istehsalı mümkünsüz olacaq. Əgər bu müharibə ABŞ-la Rusiya arasında çıxarsa, Moskva kifayət edəcək sayda gəmi əleyhinə raket istehsal edəcək və ABŞ-a bununla ciddi zərbə vuracaq.

“Rusiyanın əsgərləri” dərgisinin analitiki Anatoli Matviyçuk isə Nyuportdakı fabriki tamamilə məhv etməyin mümkünsüz olduğunu deyib. Fabrikin hava hücumundan çox yaxşı qorunduğunu bildirən mütəxəssis bunun üçün mütəşəkkil hava hücumu təşkil edilməsi lazım olduğunu vurğulayıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/295498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR