Avropa Liqası: 4 klub 1/16 finala yüksəlib, "Beşiktaş" mübarizəni dayandırıb

Avropa Liqası: 4 klub 1/16 finala yüksəlib, "Beşiktaş" mübarizəni dayandırıb
02:07 8 Noyabr 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Avropa Liqasında 4 klub vaxtından əvvəl 1/8 finala vəsiqəni təmin edib. 
"Report"un məlumatına görə, bunlar İspaniya "Sevilya"sı, Şotlandiya "Seltik"i, İngiltərə "Mançester Yunayted"i və Portuqaliya "Braqa"sıdır.
A qrupunda yer alan "Sevilya" IV turda Lüksemburqda "Düdelanj"ı 5:2 hesabı ilə yenərək, xallarını 12-yə çatdırıb və qup lideri kimi mərhələ adlayıb.
"Seltik" E qrupunun oyununda "Latsio"nu İtaliyada 2:1 hesabı ilə məğlub edərək xallarını 10-a çatdırıb. Qlazqolular 3-cü pillədəki "Latsio" üçün əlçatmaz olduqlarından, növbəti mərhələni təmin ediblər.
K qupunun oyununda "Braqa" Türkiyə "Beşiktaş"ını 3:1 hesabı ilə xallarını 10-a çatdırıb. Paralel matçda Slovakiyanın "Slovan" (Bratislava) komandası İngiltərədə "Vulverhempton"a 0:1 hesabı ilə uduzduğundan, Portuqaliya klubu 10 xalla 1/16 finala vəsiqəni təmin edib.
"Mançester Yunayted" isə L qrupunun qarşılaşmasında evdə Serbiya "Partizan"ını darmadağın edərək, xallarını 10-a çatdırıb. Yenidən liderliyi ələ alan "qırmızı şeytanlar" 4 xalla 3-cü yerdə gedən "Partizan" üçün əlçatmaz olub.
Əvəzində Türkiyənin daha bir təmsilçisi "Trabzonspor" C qrupunun oyununda "Krasnodar"a Rusiyada 1:3 hesabı ilə uduzaraq, vəziyyətini çətinləşdirib. Hazırda Qara dənizlilərin hesabında cəmi 1 xal var və bu komandanı növbəti mərhələyə vəsiqə verən 2-ci pillədən 5 xal ayırır.
Nəhayət, "Başakşehir" J qrupunun matçında "Volfsberq"ə Avstriyada 3:0 hesabı ilə məğlub edib. Paralel matçda "Roma"nın İtaliyada Almaniyanın "Borussiya" (Mönxenqladbax) komandası ilə qolsuz heç-heçə etməsi səbəbindən, İstanbul təmsilçisi 7 xalla liderliyə yüksəlib.
Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" klubu Ukraynada "Fransa "Sent-Etyen"inə məğlubiyyətdən qurtulmağı bacarıb - 2:2. Bununla da "Aleksandriya" I qrupunda 2 xalla sonuncu pillədə qalıb.
Qeyd edək ki, ötən gün Portuqaliyada "Gimaraynş" və İngiltərənin "Arsenal" komandaları üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Avropa Liqası
Qrup mərhələsi, IV tur
7 noyabr
A qrupu
21:55. APOEL (Kipr) - "Qarabağ" (Azərbaycan) - 2:1
21:55. "Düdelanj" (Lüksemburq) - "Sevilya" (İspaniya) - 2:5
Xal durumu: "Sevilya" - 12, APOEL - 4, "Qarabağ" - 4, "Düdelanj" - 3.
B qrupu
21:55. "Kopenhagen" (Danimarka) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:1
21:55. "Luqano" (İsveçrə) - "Malmö" (İsveç) - 0:0
Xal durumu: "Kopenhagen" - 6, "Dinamo" - 6, "Malmö" - 5, "Luqano" - 2
C qrupu
21:55. "Bazel" (İsveçrə) - "Xetafe" (İspaniya) - 2:1
21:55. "Krasnodar" (Rusiya) - "Trabzonspor" (Türkiyə) - 3:1
Xal durumu: "Bazel" - 10, "Krasnodar" - 6, "Xetafe" - 6, "Trabzonspor" - 1.
D qrupu
21:55. "Rusenborq" (Norveç) - "Sportinq" (Portuqaliya) - 0:2
21:55. LASK (Avstriya) - PSV (Hollandiya) - 4:1
Xal durumu: "Sportinq" - 9, LASK - 7, PSV - 7, "Rusenborq" - 0
E qrupu
21:55. "Latsio" (İtaliya) - "Seltik" (Şotlandiya) - 1:2
21:55. ÇFR (Rumıniya) - "Renn" (Fransa) - 1:0
Xal durumu: "Seltik" - 10, ÇFR - 9, "Latsio" - 3, "Renn" - 1.
F qrupu
21:55. "Standard" (Belçika) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 2:1
6 noyabr
21:55. "Gimaraynş" (Portuqaliya) - "Arsenal" (İngiltərə) - 1:1
Xal durumu: "Arsenal" - 10, "Standard" - 6, "Ayntraxt" - 6, "Gimaraynş" - 1.
G qrupu
23:00. "Feyenoord" (Hollandiya) - "Yanq Boyz" (İsveçrə) - 1:1
23:00. "Reyncers" (Şotlandiya) - "Portu" (Portuqaliya) - 2:0
Xal durumu: "Yanq Boyz" - 7, "Reyncers" - 7, "Portu" - 4, "Feyenoord" - 4.
H qrupu
24:00. "Espanyol" (Espanyol) - Lüdoqorets" (Bolqarıstan) - 6:0
24:00. "Ferentsvaroş" (Macarıstan) - MOİK (Moskva, Rusiya) - 1:1
Xal durumu: "Espanyol" - 10, "Lüdoqorets" - 6, "Ferentsvaroş" - 5, MOİK - 1
I qrupu
24:00. "Volfsburq" (Almaniya) - "Gent" (Belçika) - 1:3
24:00. "Aleksandriya" (Ukrayna) - "Sent-Etyen" (Fransa) - 2:2
Xal durumu: "Gent" - 8, "Volfsburq" - 5. "Sent-Etyen" - 3, "Aleksandriya" - 3.
J qrupu
24:00. "Borussiya" (Mönxenqladbax, Almaniya) - "Roma" (İtaliya) - 2:1
24:00. "Volfsberq" (Avstriya) - "Başakşehir" (Türkiyə) - 0:3
Xal durumu: "Başakşehir" - 7, "Borussiya" - 5, "Roma" - 5, "Volfsberq" - 4.
K qrupu
24:00. "Braqa" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə) - 3:1
24:00. "Vulverhempton" (İngiltərə) - "Slovan" (Bratislava, Slovakiya) - 1:0
Xal durumu: "Braqa" - 10, "Vulverhempton" - 9, "Slovan" - 4, "Beşiktaş" - 0.
L qrupu
19:50. "Astana" (Qazaxıstan) - AZ (Hollandiya) - 0:5
24:00. "Mançester Yunayted" (İngiltərə) - "Partizan" (Serbiya) - 3:0
Xal durumu: "Mançester Yunayted" - 10, AZ - 8, "Partizan" - 4, "Astana" - 0.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avropa-liqasi-4-klub-1-16-finala-yukselib-besiktas-mubarizeni-daya

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR