İranın Şərqi Azərbaycan əyalətində zəlzələ olub

İranın Şərqi Azərbaycan əyalətində zəlzələ olub
04:02 8 Noyabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

İranın şimal-şərqində zəlzələ olub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yeraltı təkanlar 5,9 maqnitudada qeydə alınıb. 
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, yeraltı təkanların episentri Təbrizdən 156 kilometr (Şərqi Azərbaycan əyaləti) məsafədə  yerləşib. Zəlzələ ocağı 62 kilometr dərinlikdə olub.
Tələfat və dağıntılar haqqında bildirilmir.
Qeyd edək ki, Azərbaycanın Lənkəran rayonunda da zəlzələ qeydə alınıb.


Xəbərin orijinal ünvanı: https://report.az/region/i-ranin-serqi-azerbaycan-eyaletinde-zelzele-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR