2050-ci ilədək bu ölkənin əhalisinin orta yaş həddi 50 olacaq

2050-ci ilədək bu ölkənin əhalisinin orta yaş həddi 50 olacaq
04:32 8 Noyabr 2019
154 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Statistika Agentliyinin məlumatına əsasən, Bolqarıstanda demoqrafik artımın azalması və ölkədən gedənlərin sayının artması ilə əlaqədar 2050-ci ildə Bolqarıstanda orta yaş həddi 50 olacaq.

Qeyd olunub ki, 1990-cı ildən başlayaraq əhalinin orta yaş həddi ildən-ilə artır. 1990-cı ildə orta yaş həddi 35 idisə, 2018-ci ildə bu rəqəm 45-ə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda Avropa İttifaqında əhalinin orta yaş həddi 43,1-dir. 2050-ci ildə isə bu rəqəm 47-yə çatacağı gözlənilir. Bu baxımdan Bolqarıstanda əhalinin orta yaş həddinin Avropa İttifaqına nisbətən daha çox olacağı proqnozlaşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/800481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR