"Facebook" ABŞ-ın prezident seçkilərinə müdaxilədən müdafiə proqramını hazırlayıb

"Facebook" ABŞ-ın prezident seçkilərinə müdaxilədən müdafiə proqramını hazırlayıb
07:27 8 Noyabr 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

"Facebook" şirkəti siyasətçilərin və partiyaların sosial şəbəkə hesablarının təhlükəsizliyinin hakerlərdən təmin olunması üçün "Facebook Protect" proqramını hazırlayıb.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Qeyd edilir ki, şirkət həmçinin 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilələrlə bağlı yeni proqram istifadəyə verib.
Məlumata görə, proqram seçilmiş vəzifəli şəxslərin, namizədlərin, həmçinin onların əməkdaşlarının və başqa şəxslərin sosial şəbəkə hesablarının haker hücumlarından qorumağa yönəldilib.
Məlum olub ki, şirkət hər hansı hesaba hücumun aşkar edilməsi vaxtı bunu yoxlamaq və başqa hesabları qorumaq imkanına malik olacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/facebook-abs-in-prezident-seckilerine-mudaxileden-mudafie-proqramin

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR