İtaliyada dünyada ilk dəfə...

İtaliyada dünyada ilk dəfə...
08:27 8 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

İtaliya dünyada məktəblilərə iqlim dəyişikliklərini tədris edəcək ilk ölkə olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin Təhsil naziri Lorenzo Fioramonti bu qərarı dünyada baş verən qlobal iqlim dəyişikliklərinin məktəb yaşlarından uşaqlara aşılanmasının vacibliyi ilə izah edib. Belə ki, hər bir uşaq insan fəaliyyətinin iqlimdə və bütünlükdə dünyada yaratdığı təsirləri öyrənməlidir. Məhz bu səbəbdən gələn dərs ilindən dövlət məktəblərində hər il 33 saatlıq iqlim dəyişikliyi fənni keçiləcək.

Bu barədə məlumatlar digər təbiət fənlərində də əhatə olunacaq.

Ümumiyyətlə, İtaliyanın Təhsil naziri fəaliyyətində ətraf aləmin qorunmasına yönələn çoxsaylı layihələr hazırlanıb reallaşdırılmasına böyük diqqət ayırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR