Azərbaycanda ev partladı: yaralılar var - VİDEO

Azərbaycanda ev partladı: yaralılar var - VİDEO
09:03 8 Noyabr 2019
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Zərdab rayonunda evdə partlayış baş verib. Nəticədə iki nəfər xəsarət alıb.

Hadisə ötən gün axşam saatlarında rayonun Siləyli kəndində qeydə alınıb.

Partlayış kənd sakini İlham Əzməmməd oğlu Şeydayevə məxsus yaşayış evinin mətbəxində qaz sızması nəticəsində baş verib.

Partlayış nəticəsində evin mətbəxi tamamilə dağılıb, ev sahibi İlham Şeydayev və onun oğlu Nicat Şeydayev yanıq xəsarətləri alıb. Onlar dərhal qonşuların və yaxınlarının köməkliyi ilə Zərdab Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri ağır olduğundan hər iki zərərçəkən Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/295515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR