Gəncədə quldurluq edən şəxslər saxlanılıb

17:47 16 Yanvar 2015
133 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 17:43 ]


Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində evə basqın edən şəxslər saxlanılıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin və Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 13-də Yeni Gəncə qəsəbə sakini Səidə Həmzəyevanın evinə basqın yolu ilə quldurluq edən şəxslərin 1982-ci il təvəllüdlü, bir neçə dəfə məhkumluq həyatı yaşayan Xəyaləddin Rüstəmov, 1990-cı il təvəllüdlü Tural Qələndərov və 1991-ci il təvəllüdlü Vicat İsmayılov olduğu müəyyən edilib. Əməliyyat tədbirləri nəticəsində Vicat İsmayılov və Tural Qələndərov evdən apardıqları 5 manat pul, istifadə etdikləri əlcək və maskalar götürülərək istintaqa təhvil verilib.

 

Xəyaləddin Rüstəmovun saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

 

Qeyd edək ki, Gəncə şəhər sakini Səidə Həmzəyeva Nizami rayon Polis İdarəsində müraciət edərək bildirib ki, yanvarın 13-də səhər saat 8 radələrində yaşadığı evdən çıxan zaman qapısının ağzında duran 3 nəfər maskalı şəxs onu evə salıb, pul və qızılları tələb ediblər. Maskalı şəxslər qadını döyərək evi axtardıqdan sonra tapdıqları 5 manat pul və Səidə Həmzəyevaya məxsus “Nokia” markalı mobil telefonu aparıblar.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369394

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR