Daha bir ölkədə neft emalı zavodunda partlayış, ölən və yaralananlar var

Daha bir ölkədə neft emalı zavodunda partlayış, ölən və yaralananlar var
10:47 8 Noyabr 2019
91 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın şimal-qərbində yerləşən Baniyas şəhərinin neft emalı zavodunda partlayış baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Reuters" xəbər verib.

Agentlik hadisə nəticəsində bir nəfərin öldüyünü, bir neçə nəfərin yaralandığını yazıb.   

İlkin ehtimallara görə, partlayış texniki işlər aparıldıqdan sonra rezervuarların birində baş verib.

Qeyd edək ki, dünən Rusiyanın Novorosiysk şəhərindəki neft emalı zavodunda güclü partlayış baş vermişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/800661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR