Uitni Hyustonun rəfiqəsindən şok etiraf - Onu sevdiyimi bilirdi və hisslərimiz qarşılıqlı idi

Uitni Hyustonun rəfiqəsindən şok etiraf - Onu sevdiyimi bilirdi və hisslərimiz qarşılıqlı idi
10:57 8 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli pop ulduz, mərhum Uitni Hyuston və onun ən yaxın dostu Robin Krauford arasındakı münasibətlər illər keçsə də, yenə müzakirə olunur və bu mövzu aktuallığını itirmir.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, rəfiqələr 80-ci illərdən bəri ayrılmaz və çox yaxın olublar. Uitninin vəfatından yeddi ildən çox vaxt keçib. Robin cəsarətini toplayaraq, Hyustonla aralarında yaşananları bütün çılpaqlığı ilə danışmaq qərarına gəlib. Onun sözlərinə görə, Uitni ilə olan münasibətləri təkcə dostluqla məhdudlaşmayıb:

"Biz birlikdə olmaq istəyirdik, yalnız ikimiz. Heç vaxt aramızda yaşananları üzə çıxartmırdıq, sadəcə həyatımızı yaşayırdıq və həmişə belə olacağına ümid edirdik".

Qızlar yeniyetmə ikən görüşüblər, dərhal bir-birlərini bəyəniblər və tezliklə aralarında romantik hisslər yaranıb. Robin, Hyustonla aralarında yaşanan "fiziki yaxınlığı" musiqi karyerasına zərbə altına düşəcəyindən qorxaraq, bitirmək qərarına gəldiyi bildirib:

"O dedi ki, artıq aramızda fiziki yaxınlıq olmayacaq, çünki hər şeyi çətinləşib. Söylədi ki, əgər insanlar bizim haqqımızda məlumatlı olsalar, bundan bizə qarşı istifadə edəcəklər".

Uhitninin ailəsi həmişə onların bu münasibətlərinin əleyhinə olub. Pop ulduzun sözlərinə görə, anası iki qadın arasındakı münasibətləri hər zaman qeyri-təbii hesab edib.

"Ancaq Uitni onu sevdiyimi bilirdi və hisslərin qarşılıqlı olduğunu bilirdim. Biz bir-birimiz üçün idik və hər zaman belə olacağımızı vəd etmişdik", - deyə 58 yaşlı Robin müsahibəsini yekunlaşdırıb.

Qeyd edək ki, Uitni Hyuston 2012-ci ilin fevralında qəflətən dünyasını dəyişib. Onun qaldığı hoteldə yüksək dozada narkotik qəbul etdiyi, üzüüstə vannaya yıxılaraq, boğulduğu müəyyənləşib.

Uitni Hyuston bütün sərvətini qızına bağışlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/800658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR