Türkiyədə sevgilisi azərbaycanlı həkimi belə güllələdi - ANBAAN VİDEO

Türkiyədə sevgilisi azərbaycanlı həkimi belə güllələdi - ANBAAN VİDEO
11:17 8 Noyabr 2019
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin İstanbul şəhərinin Avcılar bölgəsindəki özəl xəstəxanalardan birində işləyən azərbaycanlı qadın həkimə silahlı hücum anının görüntüləri yayımlanıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, xəstəxananın sahibi olan türkiyəli həkim əlində silahla axşam saatlarında üç yaşlı uşağı olan azərbaycanlının oturduğu otağa yaxınlaşıb. 

Bu zaman qapının bağlı olduğunu görüb və qadından qapını açmasını tələb edib. 

Hadisənin görüntüləri xəstəxanadakı təhlükəsizlik kameralarına əks olunub. 

Məlumata görə, güllə yarası alan azərbaycanlı qadının vəziyyəti ağırdır. 

Polis tərəfindən saxlanılan Cəlal adlı həkim hakim qarşısına çıxarılıb və barəsində həbs qərarı çıxarılıb. 

Bundan başqa, baş verən hadisənin təfərrüatı məlum olub. 

Tibb mərkəzinin sahibi, 66 yaşlı Cəlal Tosunoğlu evli olmasına baxmayaraq, 35 yaşlı Aida Xasıyeva ilə eşq yaşayıb. 

Tərəflər arasında mübahisə də qısqanclıq zəminində baş verib. Tosunoğlu Xasıyevaya mübahisə zamanı bir dəfə atəş açıb. 

Həmçinin, məlum olub ki, Tosunoğlu birlikdə yaşadığı Xasıyevanın avtomobilinə izlənmə cihazı quraşdırıb və harada olduğunu soruşduqda yalan cavab aldığı üçün qəzəblənib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/800670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR